“İnter” “Birlik Kuboku”na qələbə ilə başladı - YENİLƏNİB

“İnter” “Birlik Kuboku”na qələbə ilə başladı - YENİLƏNİB

Bakının "İnter" klubu "Birlik Kuboku"nda ilk oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, komandamız Qırğızıstanın "Neftçi" klubu ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş ilk turun oyunlarında "İnter"in də yer aldığı A qrupunda həmçinin Moldovanın "İskra-Stal" və Tacikistanın "İstiqlal" klubu münasibətlərə aydınlıq gətiriblər.

"İnter" - "Neftçi" matçı Peterburq İdman Konsert Kompleksində, "İskra-Stal" - "İstiqlal" oyunu isə "Zenit" İdman Oyunları Sarayında keçirilib.

Komandamız rəqib üzərində qələbə qazanıb. Belə ki, "İnter" "Neftçi"nin qapısından 3 cavabsız top keçirib.

Sankt-Peterburq

"Birlik Kuboku"

"İnter" (Azərbaycan) - "Neftçi" (Qırğızıstan) 3:0

Peterburq İdman Konsert Kompleksi

Qollar

Karlsons (20-ci dəqiqə), Çertoqanov (45-ci dəqiqə), Yeqorov (78-ci dəqiqə)

Heyətlər

"İnter": Georgi Lomaya, Aleksandr Çertoqanov, Rövşən Əmiraslanov, Bronislav Çervenka, Petar Zlatinov, Vladimir Levin, İlya Kandelaki, David Obikadze, Girts Karlsons, Valeri Abramidze, Kaxaber Mjavanadze.

"Neftçi": Pryadkin, Keker, Karyak, Rahmanjanov, Mamatov, Piliças, Tarasov, Kozibaev, Petroşeviç, Boyko, Cumataev.


"İskra-Stal" (Moldova) - "İstiqlal" (Tacikistan) 1:1

"Zenit" İdman Oyunları Sarayı

Bütün xəbərlər Facebook səhifəmizdə