İlqar Ələkbərov: "Hər şey öz əlimizdədir"

İlqar Ələkbərov: "Hər şey öz əlimizdədir"

"Hər oyuna olduğu kimi "Zirə" ilə matça da ciddi hazırlaşırıq. Son oyunlarda istədiyimiz kimi oynaya bilmirik. Çalışacağıq ki, "Neftçi" ilə oyundakı məğlubiyyəti unutduraq". Bu fikirləri AZAL-ın futbolçusu İlqar Ələkbərov deyib.

Gənc yarımmüdafiəçi komandasının Avropa Liqasına vəsiqə qazanmaq istədiyini bildirib: "Meydandan qələbə ilə ayrılmaq istəyirik. Öz meydanımızda hələ ki, heç bir komandaya məğlub olmamışıq. Bu dəfə də Şüvəlanda məğlub olmamağa çalışacağıq. 3 xal qazanıb daha irəli getmək istəyirik. Qarşıda çətin oyunlarımız var. "Neftçi" ilə aramızda xal fərqi 3-ə bərabərdi. Onlarında çətin oyunları var. Hər şey öz əlimizdədir. Çalışacağıq ki, hər oyundan maksimum xal götürüb Avroliqaya vəsiqə qazanaq". //Sportal.az

Bütün xəbərlər Facebook səhifəmizdə