AFFA və PFL-in rəsmi saytları niyə işləmir?

AFFA və PFL-in rəsmi saytları niyə işləmir?

Bu gün səhər saatlarında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Peşəkar Futbol Liqasının (PFL) rəsmi internet səhifələrinin fəaliyyəti dayanıb. Siasport.az saytı xəbər verir ki, saytın işləməməsi qurumlar barədə xəbərlərin kəsilməsinə səbəb olub. Bu isə jurnalistlərə çətinlik yaratdığına görə həm PFL-in mətbuat xidmətinin rəhbəri, həm də AFFA-nın İictimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Hər iki qurum rəsmisi texniki problərin olduğunu, çətinliyin yaxın saatlarda aradan qaldırılacağını bidlirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə