"Fernando Alonsonu iyun ayında Bakıda gözləyirik” AÇIQLAMA

"Məşhur "Formula-1" pilotu, Bakıda keçiriləcək Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso qəzaya uğraması səbəbindən cəmi bir yarışda iştirak edə bilmədi. O, Bəhreyndəki yarışa qatılmadı". Bunu jurnalistlərə açıqlmasında Bakı şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Şöbə rəhbəri bildirib ki, BŞH rəsmiləri pilotla görüşüb, onun vəziyyəti ilə maraqlanıblar: "Əlbəttə, Alonsonun qəzası çox ciddi idi. Onun vəziyyətinin yaxşılaşacağına ümid edirik. Pilot Çin Qran Prisinə qatıla biləcək. Alonsonun özü də buna ümid edir. O, yarışa kifayət qədər hazır olduğunu bildirib. "Formula-1" pilotları belə hallara hazırdırlar. Onlar çoxlu qəzalarla rastlaşırlar. Ona görə biz Fernando Alonsonu iyun ayında Bakıda gözləyirik və əminik ki, o, Avropa Qran Prisində iştirak edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...