"Torpaqlarımızın bir hissəsinin azad olunması idmançılarımzı daha da ruhlandırır" AÇIQLAMA

"Məşqlərimiz yüksək səviyyədə keçir. Əlimizdən gəldiyi qədər əzmlə məşq edirik ki, Olimpiya Oyunlarında yüksək nəticələr qazanaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında olimpiya oyunlarına lisenziyanı təmin etmiş yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Elvin Mürsəliyev deyib.

O qeyd edib ki, ordumuzun cəbhədə uğurlu əməliyyatları, torpaqlarımızın bir hissəsinin düşməndən azad olunması idmançılarımzı daha da ruhlandırır.

Güləşçi Avropa çempionatında qarşıya qoyduğu hədəfə çatmamasının səbəblərini də açıqlayıb: "Avropa çempionatında çox ağır görüşlər keçirdim. Qarşıya qoyduğu hədəfə çatmamağıma səbəb vaxt azlığı və psixoloji olaraq tam hazır olmamağın idi. Zədələrim də öz sözünü dedi. Çalışacağam ki, zədələrimizi sağaldım, nöqsanları aradan qaldırım və Olimpiya Oyunlarında yüksək nəticələr qazanım. Digər yarışlarda zədələnə bilrərəm. Ona görə, əsas fikrimi Olimpiadaya yönəltmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...