Martın 3-4-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində güləş üzrə yeniyetmələr arasında "Yadigar İmam Kuboku" uğrunda beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət ölkə yığma komandalarının üzvləri iştirak edəcək. Yarışdan öncə yığma komandalarımız iranlı həmkarları ilə 10 günlük birgə təlim-məşq toplanışına qatılacaq. Artıq hər iki yığma komandamızın üzvləri Tehrana yola düşüb.
Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında yunan-Roma güləşi yığmasının heyətində Azər Muxtarov (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev, Fazil Mirzəyev (hər ikisi 50 kq), Həsən Məmmədli (54 kq), Ədil Sadıqzadə (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadə (85 kq) və Camal Feyziyev (100 kq) yer alıb.
Sərbəst güləşçilərimiz isə təlim-məşq toplanışı və turnirdə böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında iştirak edəcək. Heytdə Mahir Məmmədov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov (54 kq), Vahid Əlizadə (58 kq), Almazbek Süleymanov, Hüseyn Hüseynzadə (hər ikisi 63 kq), Nəsib Osmanov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq), Əli Əminzadə, Asxab Həmzəyev (hər ikisi 100 kq) yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB