Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir. SİA-nın məlumatına görə, dünən daha iki qarşılaşma keçirilib. Londonda "Arsenal" turnirin son qalibi "Barselona"nı qəbul edib. Lionel Messinin dublu qonaqlara qələbə qazandırıb - 2:0.
Ötənilki finalçı "Yuventus" isə öz meydanında "Bavariya" ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, 1/8 finalın digər iki oyunu bu gün keçiriləcək.
23 fevral
Çempionlar Liqası
1/8 finalın ilk oyunları
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya) 0:2
Qol: Messi, 71, 83-pen.
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun və Cem Satman (hamısı Türkiyə)
"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya) 2:2
Qol: Müller, 43 (0:1), Robben, 55 (0:2), Dibala, 63 (1:2), Sturaro, 76 (2:2)
Hakimlər: Martin Atkinson, Maykl Mullaki, Steven Çayld və Qari Besvik (hamısı İngiltərə)
24 fevral
PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya)
Hakimlər: Daniel Osrato, Lorenzo Manqanelli, Rikardo de Fiore və Elenito Di Liberatore (hamısı İtaliya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə)
Hakimlər: Antonio Matye Lahoz, Pau Sebrian Devis, Roberto del Palomar, Raul Kabanero (hamısı İspaniya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB