Livanın "autosport.me" portalında Azərbaycan tarixində ilk dəfə bu ilin iyununda Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-pri yarışı ilə bağlı təbliğat videosu yerləşdirilib. SİA xəbər verir ki, avtoidman yarışları sahəsində tanınmış saytın təqdim etdiyi "Formula-1" Bakısının treklərinə ilk baxış" adlı videoçarxda treklərin keçiriləcəyi yollar, məkanlar xüsusi diqqətə çatdırılıb. Bununla yanaşı, paytaxtımızın görməli yerləri, turizm potensialı da çarxda ətraflı təqdim olunub.
"Formula-1"Avropa Qran-pri yarışı üçün tras şəhərin landşaftına çox gözəl uyğunlaşdırılıb. Bu da yarışların həddindən artıq sürətli və baxımlı olacağını vəd edir. Start-finiş xətti məşhur Bakı bulvarı ilə Hökumət evinin arasında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB