21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" turnirində bu gün üçüncü oyununu keçirib. SİA-nın məlumatına görə, Albaniyanın U-21 yığması ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb.
Oyunda hesabı Vüqar Mustafayev açıb. İkinci qolu Azər Salahlı, üçüncünü isə Kamal Mirzəyev vurub. Qarşılaşmanın yekun hesabını müəyyənləşdirən qolun müəllifi Kamran Abdullazadə olub.
Yığmamız turnirdə son oyununu yanvarın 28-də, Bakı vaxtı ilə saat 13:00-da Bəhreynin U-20 komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB