"Sumqayıt" milli komanda ilə qarşılaşacaq

"Sumqayıt" milli komanda ilə qarşılaşacaq

Əsas komanda ilə yanaşı, "Sumqayıt" FK-nın əvəzediciləri də çempionatın III dövrəsi üçün hazırlığa start verib. SİA-nın məlumatına görə, Rövşən Babayevin rəhbərlik etdiyi komanda artıq 3 gündür ki, təlim-məşq toplanışını davam etdirir. Hazırda heyətdə akademiyadan dəvət olunmuş bir neçə futbolçu da yer almaqdadır. Əvəzedici komanda hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Artıq ilk rəqib də məlumdur. Belə ki, əvəzedicilər yanvarın 14-də "Dalğa Arena"da 19 yaşadək futbolçulardan ibarət milli komanda ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 15:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə