“Qarabağ”ın penaltısı top-15-də yer alıb

“Qarabağ”ın penaltısı top-15-də yer alıb

Rusiyanın "Futbol" telekanalı ilin diqqət çəkən futbol məqamlarını top-15-də toplayıb. Telekanalın ən maraqlı on beş videosu arasında Azərbaycan Premyer Liqasının yeddinci turu çərçivəsində oynanılan "İnter"-"Qarabağ" qarşılaşması da yer alıb. Həmin oyunda "Qarabağ" komandasının mübahisəli penaltını bilərəkdən rəqib qapısına vurmaması "Futbol" telekanalı tərəfindən təqdirəlayiq jest kimi qiymətləndirilib.

Xatirladaq ki, on bir metrlik cərimə zərbəsi baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə kənara vurulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə