"İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı futbol oynadıq". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XVI turunun "Qəbələ" klubu ilə səfər oyunundan sonra "Neftçi" PFK-nın baş məşqçisi Əsgər Abdullayev deyib. O, düşündükləri taktikanı gerçəkləşdirə bilmədiklərini qeyd edib: "Fasilədən sonra düşündük ki, rəqibi əks hücumda tutaq. Amma düşündüklərimizi yerinə yetirə bilmədik. Buna rəğmən, qələbə hesabını qoruyub saxlaya bildik. Zədəli oyunçularımız var. Elşən Abdullayev əməliyyat olunub, Araz Abdullayev isə zədədən yeni qayıdıb. Futbolçular formaya düşdükdən sonra heyətdə rəqabət artacaq. İndiki vəziyyətdə futbolçular özlərinə inanmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB