"16 yaşlı istedadlı futbolçularımız Premyer Liqa klublarından daim təklif alırlar"
"Barselona"nın prezidenti Jozep Mariya Bartomeu komandasının ulduz futbolçuları - Messi, Neymar və ya Suaresin İngiltərə klublarından birinə mümkün keçidini şərh edib. "Football Espana"nın verdiyi xəbərə görə, Kataloniya klubunun rəhbəri son vaxtlar Britaniya mətbuatında sözügedən oyunçuların adının Premyer Liqa klubları ilə hallanmasına münasibət bildirib:
"Britaniya mətbuatının bəyanatlarına baxmayaraq, Messi, Neymar və ya Suaresi ingilis klublarının təkliflərindən qorumaq üçün "Barselona"nın həmişə lazımi imkanları olacaq.
Ancaq ciddi problem ondadı ki, 16 yaşlı istedadlı futbolçularımız Premyer Liqa klublarından daim təklif alırlar və hər il onlardan bir neçəsi İngiltərəyə yollanırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB