Qapıçı cəriməni ödəməyə razılıq verib
"Auqsburq"un qapıçısı Marvin Hits Almaniya Bundesliqasının son turunda "Köln"ə qalib gəldikləri (1:0) oyunda 11 metrlik nöqtənin qeyd edildiyi yerdə otu korladığına görə rəqib komandadan 122,92 avro məbləğində cərimə qəbzi alıb.
Onun bu hərəkətindən sonra ev sahibi komandanın forvardı Antoni Modest sürüşərək qapını dəqiq nişan ala bilməyib.
Qapıçı cəriməni ödəməyə razılıq verib. Bu məbləğ "Köln" tərəfindən xeyriyyə fonduna köçürüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB