AZAL "Sumqayıt"ı 2 cavabsız qolla məğlub etdi

AZAL "Sumqayıt"ı 2 cavabsız qolla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun ikinci oyun gününün ilk matçı başa çatıb. SİA-nın məlumatına görə, AZAL öz meydanında "Sumqayıt"ı qəbul edib. "AZAL Arena"da keçirilən qarşılaşmada ədalət prinsiplərini Əliyar Ağayev qoruyub. Matçda "təyyarəçilər" iki cavabsız qolla qalib gəliblər. Hesabı oyunun 20-ci dəqiqəsində Murad Səttarlı açıb. 84-cü dəqiqədə isə Ruslan Nəsirli fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə