Kazbek Tuayevin 75 yaşı tamam olur

Bu gün Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, "Neftçi" komandasının heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Kazbek Tuayevin 75 yaşı tamam olur. SİA-nın məlumatına görə, Kazbek Tuayevin adı 3 dəfə SSRİ-nin ən güclü 33 futbolçusunun siyahısına düşüb, SSRİ milli komandasında çıxış edib, məşqçi karyerası ərzində klublarda və Azərbaycan milli komandasında müxtəlif uğurlu nəticələr qazanıb.

O, "Şöhrət" ordeni ilə təltif olunub, hazırda AFFA-nın İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə