"Xəzər Lənkəran” “Böyük oyun“ üçün toplanır

"Xəzər Lənkəran” “Böyük oyun“ üçün toplanır

Azərbaycan Premyer Liqasının XII turundan sonra yaranan fasilə "Xəzər Lənkəran" üçün başa çatır. SİA-nın məlumatına görə, qısa müddətli istirahətdən sonra Lənkərandakı bazasında toplaşacaq komanda mövsümün ikinci "Böyük oyun"unun hazırlığına start verəcək. Ciddi itkilərə rəğmən, "Xəzər Lənkəran" bu gün toplanaraq məşqə başlayacaq və oyun gününə qədər bütün hazırlığını Lənkəranda davam etdirəcək.

Adrian Skarlatake və Orxan Əliyevin əməliyyat olunacağını nəzərə alsaq, hər iki futbolçunun bu ili başa vurduğunu söyləmək olar. Milli komandaların qarşıdakı rəsmi oyunları ilə əlaqədar üç futbolçu "Böyük oyun"un hazırlığına gec qoşulacaq. Belə ki, Rahid Əmirquliyev, Elşən Rzazadə və Elnur Cəfərov yığmanın düşərgəsindədirlər. Zədəli futbolçulardan Rasim Ramaldanovun sıraya dönməsi xoş xəbər olsa da, təcrübəli müdafiəçi hələ ki, fərdi məşqlərlə kifayətlənir.

Bütün bunları nəzərə alan məşqçilər korpusu əvəzdeci heyətdən bir neçə futbolçunu əsas komandanın məşq prosesinə cəlb edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə