Topaz Premyer Liqasının XII turunun "İnter"lə noyabrın 9-da keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan "Qəbələ" hazırlıqlarına bu gün start verəcək. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" Qəbələ şəhər stadionunda bir araya gələrək, axşam məşqini gerçəkləşdirəcək. Roman Qriqorçukun yetirmələri məşqlərini elə bu arenada davam etdirəcək. Milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasilədə vətənlərinə yollanan legionerlər də komanda ilə birlikdə məşq keçəcək. Yığmaların düşərgəsində olan oyunçular isə məşqə qatılmayacaq. Onlar Topaz Premyer Liqasının XIII turunun "Sumqayıt"la matçının hazırlıqlarına millidən qayıtdıqdan sonra qoşulacaqlar.
Xatırladaq ki, "Qəbələ" növbəti oyununu noyabrın 21-də "Sumqayıt"la "Kapital Bank Arena"da keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB