Lisenziyalaşdırma Qrupu klub nümayəndələri ilə görüşüb

Lisenziyalaşdırma Qrupu klub nümayəndələri ilə görüşüb

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Qrupu ilə Topaz Premyer Liqası və Birinci Divizion klublarının nümayəndələri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüş növbəti lisenziyalaşdırma mövsümünün açılışına həsr olunub və aşağıdakı mövzularla bağlı məlumatlar klubların diqqətinə çatrdırılıb:

  • Lisenziyalaşdırma Qrupunun təşkilati strukturu
  • Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış və ötən mövsümə həsr olunmuş hesabatın təqdimatı
  • Ötən mövsümün icmalı. Azərbaycanda və digər Avropa ölkələrində lisenziyalaşdırma prosesinin nəticələri və klublara lisenziya verilməsindən imtina səbəbləri
  • Maliyyə Fair Play-i və UEFA-nın Klublara Maliyyə Nəzarət Orqanı barədə məlumat
  • Ötən mövsümə nisbətən yeni qaydalarda baş vermiş dəyişiklər
  • Lisenziyalaşdırma üzrə sənədlərin qəbulu prosesində baş vermiş dəyişikliklər. Prosesin klublar üçün asanlaşdırılması məqsədilə sənədlərin elektron versiyada qəbul olunması
  • 2016/2017-cı il lisenziyalaşdırma mövsümü ərzində keçiriləcək seminar və görüşlər və s.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə