Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində "Çövkən" Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan çempionatı sona yaxınlaşır. SİA-nın məlumatına görə, turnirin yarımfinal mərhələsində çıxış edəcək komandalar məlum olub. Nəticələr nəzərinizə çatdırırıq:
¼ final:
"Ağcabədi" - "Sərhədçi" 0-7
"Laçın" - "Ağstafa" 0-1
"Köhlən" - "Qarabağ" Ağdam 0-4
"Polad" - "Şəki" +/-
Yarımfinal:
"Qarabağ" Ağdam - "Polad"
"Sərhədçi" - "Ağstafa"
Qeyd edək ki, oktyabrın 22-si Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək yarımfinal mərhələsi saat 10:00-da, oktyabrın 24-də keçiriləcək final mərhələsi isə saat 16:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB