Bakının "Neftçi" futbol klubunun yeni titul sponsoru müəyyənləşib. SİA-nın məlumatına görə, "Neftçi" və "ASAN xidmət" arasında bununla bağlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bakı Biznes Mərkəzində təşkil olunan tədbirdə klub tərəfindən müqaviləni icraçı direktor Elnur Məmmədov, "ASAN xidmət" tərəfindən isə qurumun sədr müavini Ulvi Mehdiyev imzalayıb. Müqaviləyə əsasən, "ASAN xidmət" "Neftçi"nin əsas komandasının titul sponsoru olacaq.
Qeyd edək ki, "Neftçi" oktyabrın 17-də Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ" ilə görüşə yeni titul sponsorunun loqosu olan forma ilə meydana çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB