Pele: "Ziko FIFA prezidenti vəzifəsinə ən yaxşı namizəddir"
Üçqat dünya çempionu, dünya futbolunun əfsanəsi Pele həmyerlisi Zikonu FIFA prezidenti vəzifəsinə ən yaxşı namizəd hesab edir. Pele bu barədə deyib: "Ziko FIFA rəhbərliyinə ən yaxşı namizəddir. Onun Yaponiyadakı fəaliyyətini qənaətbəxş hesab edirəm. Onu yaxşı tanıdığım üçün deyə bilərəm ki, Ziko bu kürsüyə ləyaqətli və güclü namizəddir. FIFA-ni idarə etmək çox çətindir".
Ziko bir müddət əvvəl FIFA prezidentliyinə seçkilərdə iştirak edəcəyini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB