Klublar İtaliya millisinin baş məşqçisi ilə maraqlanır
İtaliya millisinin baş məşqçisi, ilin sonunda müqaviləsi başa çatan Antonio Konte yığma komandanı tərk edə bilər. "Football İtalia" idman portalı xəbər verir ki, hazırda "Çelsi" və "Paris-Sen-Jermen" klubları italiyalı mütəxəssisə böyük maraq göstərir. Hər iki klubun rəhbərliyi baş məşqçilər Joze Mourinyo və Loran Blanla yolları ayırmaq niyyətindədir.
Baş məşqçiyə İtaliya klubları arasında da diqqət böyükdür. Qırx altı yaşlı mütəxəssisə namizəd olan klublar arasında "Milan", "Roma" və "Napoli" də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB