Azərbaycan paytaxtında ölkəmizin dövlət müstəqilliyinin bərpasının 24-cü ildönümünə həsr olunmuş ənənəvi "Baku Open" beynəlxalq şahmat turniri başa çatıb. SİA-nın məlumatına görə, yarış Xəzər dənizinin sahilində, Novxanı qəsəbəsindəki "AF Hotel" mehmanxanasında keçirilirib.
İki qrupda keçirilən əsas "A" turnirində 10 ölkədən 59 şahmatçı, o cümlədən 23 qrossmeyster iştirak edib. "A" qrupunda iranlı qrossmeyster Ehsan Qaem Naqami qalib gəlib. O, 9 mümkün xaldan 6,5 xal yığıb.
Azərbaycan qrossmeysteri Nicat Abbasov və hindistanlı Başkaran Adxiban da eyni nəticə göstərib. Altı şahmatçının hər biri liderlərdən yarım xal geri qalıb. Azərbaycan nümayəndəsi Vüqar Rəsulov da daxil olmaqla daha dörd şahmatçı liderlərdən bir xal az toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB