Parolo: "Azərbaycan ilə oyuna bütün qüvvəmizlə hazırlaşırıq"

Parolo: "Azərbaycan ilə oyuna bütün qüvvəmizlə hazırlaşırıq"

Azərbaycan ilə matça bütün qüvvəmizlə hazırlaşırıq. Oyunda uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu sözləri futbol üzrə İtaliya yığmasının yarımmüdafiəçisi Marko Parolo deyib.

Oktyabrın 10-da keçiriləcək Azərbaycan-İtaliya matçı ilə bağlı fikirlərini bölüşən M.Parolo qeyd edib ki, Azərbaycan yığması keçirdiyi son dörd oyunda məğlub olmayıb. Bu da matçın gərgin keçəcəyindən xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə