Qətərdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu və beynəlxalq federasiyanın icraiyyə komitəsinin üzvlərinin iştirakı ilə toplantı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizi Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və ABF-nin baş katibi Nağı Səfərov təmsil ediblər.
Qətər Boks Federasiyasının prezidenti Yusuf Əli Əl Kazım Dohanın boks üzrə dünya çempionatını qəbul etməyə hazır olduğunu bildirib.
Dünya çempionatı ilə bağlı toplantı iştirakçılarına məlumat verən Çinq Ko Vu yarışın yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini qeyd edib.
Toplantı çərçivəsində ABF rəsmiləri ilə Qətər Boks Federasiyasının prezidenti Yusuf Əli Əl Kazım arasında da görüş keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB