Topaz Premyer Liqasının 7-ci turunda səfərdə "Kəpəz"lə qarşılaşacaq "Sumqayıt" futbol klubu 1 günlük istirahəti başa vurub. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda dünən "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Heyətdə zədəli futbolçu yer almır. Son turda AZAL-la qarşılaşmada zədələnmiş Tofiq Mikayılov da artıq kollektivə qoşulub.
Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu oktyabrın 4-də saat 16:00-da Gəncə şəhər stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB