U-17 (qızlar) ilk oyunda məğlub olub

U-17 (qızlar) ilk oyunda məğlub olub

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Çexiya yığması ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olub.

Yığmamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 1-də, Bakı vaxtı ilə saat 23:00-da Belçika komandasına qarşı keçirəcək.

Millimizin mübarizə apardığı 6-cı qrupun oyunları Belçikada təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə