Həftə sonu İtaliya A Seriyasının 4-cü turu çərçivəsində keçirilən "Roma" - "Sassuolo" matçı meydan sahiblərinin əfsanəvi futbolçusu Françesko Totti üçün əlamətdar hadisə ilə yadda qalıb. SİA-nın məlumatına görə, italiyalı futbolçu bu oyunda 300-cü - yubiley qolunu vurub. 38 yaşlı hücumçu bu matçla birlikdə "canavarlar"ın heyətində 745-ci oyununa çıxıb.
Qeyd edək ki, "Roma" - "Sassuolo" matçı 2:2 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB