Zaur Svanadze: "Daha yaxşı oynamaq üçün çalışmaq lazımdır" AÇIQLAMA

Zaur Svanadze: "Daha yaxşı oynamaq üçün çalışmaq lazımdır" AÇIQLAMA

"Oyun çətin alındı. İlk hissədə zəif oynasaq da, ikinci hissədə oyunumuzu tapdıq". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 3-cü turunda keçirilən "Zirə" - "İnter" (0:0) oyunundan sonra qonaqların baş məşqçisi Zaur Svanadze deyib. O, komandasının oyununda çatışmazlıqlar olduğunu qeyd edib: "Daha yaxşı oynamaq üçün çalışmaq lazımdır. Xüsusən də qollar vurmaq üçün yollar axtarmalıyıq. Çatışmazlıqlar olsa da, ikinci hissədəki çıxışımızdan razıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə