Zaur Svanadze: "Problemlərin fonunda qalib gəldik" AÇIQLAMA

Zaur Svanadze: "Problemlərin fonunda qalib gəldik" AÇIQLAMA

"Mən nəticədən razıyam. Biz görüşün gedişatına nəzarət etməyi bacardıq". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının II turunun "İnter" - "Neftçi" (1:0) qarşılaşmasından sonra meydan sahibi komandanın baş məşqçisi Zaur Svanadze deyib. O, problemlər olduğunu, ancaq qalib gəlməyi bacardıqlarını qeyd edib: "Yaxşı imkanlar əldə etdik. Biz problemlərin fonunda qalib gəldik. Yaxşı təlim-məşq toplanışı keçməmişik. Bu da öz təsirini göstərir. 4 oyunçumuz zədədən əziyyət çəkir. Sevinirəm ki, bu gün heç bir oyunçumuz zədə almadı".

Bütün xəbərlər Facebook səhifəmizdə