Turistlər və yerli sakinlər “Bakı-2015”in məhsullarına xüsusi maraq göstərirlər REPORTAJ
Xəbər verdiyimiz kimi, "Bakı-2015" ilk Avropa Oyunlarının məhsullarının Bakı Bulvarında satışını həyata keçirən mağaza fəaliyyət göstərir. Mayın 11-də açılış mərasimi keçirilən mağazada "Bakı-2015"in loqolarının əks olunduğu geyim əşyaları və suvenirlər satışa çıxarılıb. Açılışdan sonrakı günlər ərzində ictimaiyyətin məhsullara marağını öyrənmək məqsədilə yenidən mağazada olduq. Müşahidələrimiz göstərdi ki, yerli sakinlər və qonaqlar "Bakı-2015"in məhsullarına xüsusi maraq göstərirlər.
.jpg)
Mağazanın xəzinədarı Vəfa Mehtiyeva Səs TV-yə bildirdi ki, hər gün çox sayda turistlər və yerli sakinlər mağazaya baş çəkib, məhsullar əldə edirlər: "Mağazanın müştərilərinin 50 faizi xarici vətəndaşlar, 50 faizi isə yerli sakinlərdir. Burada "Bakı-2015"in loqosunun əks oldunduğu qadın, kişi və uşaq köynəkləri, corablar, papaqlar, suvenirlər, milli geyimdə olan gəlinciklər və milli atributlarımızdan sayılan kəlağayılar satışa çıxarılıb. Qiymətlər də münasibdir".
Şəhərimizə turist kimi gələn Tomas Qronager də mağazadan alış-veriş etdikdən sonra Səs TV-yə fikirlərini bildirdi: "Londonda yaşayıram. Azərbaycana 5 günlük gəlmişəm. Ölkəniz çox gözəldir. Burada möhtəşəm idman arenaları var. Paytaxtınızda I Avropa Oyunlarına hazırlıq hiss olunur. Əminəm ki, tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunları Azərbaycanda möhtəşəm şəkildə təşkil olunacaq. "Bakı Kristal Zal" çox gözəldir. Bura axşamlar valehedici görsənir. Uşaqlarım üçün "Bakı-2015" I Avropa Oyunlarının suvenirlərindən aldım".
Kürdəmirdə yaşayan Zöhrab Qəniyev paytaxta nəvəsinə "Bakı-2015"in köynək və papağını almağa gəldiyini bildirdi: "Nəvəm I Avropa Oyunlarının köynəyini istədi. Gəldim ki, ona köynək və papaq alım. Qiymətlərdən tam razıyam. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir. Bu, Vətənimizin inkişafından xəbər verir. Oyunların işinə uğurlar arzu edirəm. Qoy, güclülər qalib gəlsin".
Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB