"Bakı-2015"in məhsulları Dənizkənarı Bulvarda satışa çıxarıldı FOTOSESSİYA
Bu gün "Bakı-2015" Avropa Oyunlarının rəsmi dəstəkçisi və məhsullarının rəsmi tədarükçüsü "Bazarstore" mağazalar şəbəkəsinin Bakı Bulvarında Oyunların məhsullarının satışını həyata keçirən yeni mağazasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək şöbəsinin müdiri Afiq Səfərov, "Bakı-2015"in ulduz elçiləri, könüllülər, jurnalistlər və digərləri iştirak ediblər.
BAOƏK-in Əməliyyatlar üzrə baş direktoru S. Kleq qeyd edib ki, "Bazarstore" mağazalar şəbəkəsinin dəstəyi "Bakı-2015"in həyəcanının daha da artmasına xidmət edir: "Bazarstore" mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar hər bir kəsə Azərbaycanda yaşanacaq bu həyəcanın bir parçası olmaq imkanı verəcək. İnsanlar "Bakı-2015" brendli geyimlər, aksesuarlar və suvenirlərə sahib olacaqlar. Məhsulların satış dizaynları xüsusi olaraq "Bakı-2015" üçün yaradılıb. Onların içərisində Şəki ipək kələğayısı, naxışlanmış armudu stəkanlar, nərd və milli gəlinciklər də var. Məhsulların Azərbaycada istehsal olunması özündə mədəniyyət və istehsalatı ehtiva edir və bu, Azərbaycan üçün irs olaraq qalacaq".
"Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək şöbəsinin müdiri A. Səfərov "Bakı-2015" Avropa Oyunlarının rəsmi dəstəkçisi seçilməyin böyük fəxr olduğunu bildirib. O, "Bazarstore" komandasının Oyunların möhtəşəm şəkildə keçirilməsi üçün əllindən gələn dəstəyi göstərəcəyini qeyd edib.
"Bakı-2015"in məhsulları bu mağaza ilə yanaşı, "Bazarstore"un bütün mağazalarında, Oyunların keçiriləcəyi 6 stadionda, 3 alış-veriş mərkəzində, Atletlər və Media kəndlərində də satışa çıxarılacaq"- deyə, şöbə müdiri əlavə edib.
Daha sonra S. Kleq və A. Səfərov mağazanın rəmzi açılışını bildirən lenti kəsiblər.
Qeyd edək ki, mağazalardakı geniş çeşidli məhsullar münasib qiymətlərə satılır. Həm yerli sakinlər, həm də qonaqlar məhsulları münasib qiymətə asanlıqla əldə edə bilərlər.










.jpg)

.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB