Martın 30-31-də İsveçin paytaxtı Stokholm şəhərində Avropa Klublar İttifaqının (ECA) Baş Assambleyasının plenar iclası keçrilib. SİA-nın məlumatına görə, sayca 15-ci olan bu iclasa həmişəki kimi, AZAL PFK-nın nümayəndəsi də qatılıb. Klubun vitse-prezidenti Fikrət Hüseynov tədbirin gündəliyində olan məsələlərin müzakirəsində iştirak edib. Qeyd edək ki, o həm də bu mötəbər tədbirdə ölkəmizin yeganə təmsilçisi olub. Bu dəfə AZAL-dan başqa heç bir klub İsveçə nümayəndəsini göndərməyib. Baş Assambleyasının plenar iclasında isə futbolda böyük önəm kəsb edən bir sıra məsələlər – milli komandaların üzvlərinin sıgortalanması, FİFA TMS sistemi ilə baglı inzibati cəzaların tətbiqi, dünya çempionatından əldə olunan gəlirlərin bölüşdürülməsi, futbolçuların transferi və keçidinə dair əsasnamənin müzakirəsi haqda fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB