Çingiz Abdullayev "Neftçi"nin prezidenti oldu

Çingiz Abdullayev "Neftçi"nin prezidenti oldu

Çingiz Abdullayev "Neftçi" klubunun prezidenti təyin edilib. SİA-nın məlumatına görə, bu gün "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov istefa verib. Kluba bundan sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən "Neftçi"nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi" üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə