Azərbaycan gimnastı Dünya Kubokunda ikinci olub

Azərbaycan gimnastı Dünya Kubokunda ikinci olub

Almaniyanın Kottbus şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastı Kristina Pravdina gümüş medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışın birinci günü müxtəlif hündürlüklü qollarda yüksək nəticə göstərən Kristina finala çıxmağa müvəffəq olub. Bu alətlə gimnastımız 2-ci yerdə qərarlaşıb. Qızıl medalı İsveç gimnastı Adlerteq, bürünc medalı isə Portuqaliya təmsilçisi Martins qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə