22 fevral 2015-ci il Bakı şəhər, Şağan Olimpia idman kompleksində, Turan ( Ümümtürk ) Döyüş Sənəti olan, Alpaqut döyüş sənəti üzrə, 1-ci açıq respublika çempionatını başa çatıb. SİA-nın xəbərinə görə, çempionatda Ağcəbədi, Bakı, (Suraxanı, Nərimanov, Binəqədi rayonları), Sumqayıt, Şabran, Qazax, Mingəçevir, "Azər Eyvazov adına" idman klubu, Mərd idman klubu, Vaşaq Klubu, və Alp İdman klubu, Qartal Peşəkar idman klublarının idmançılarından ibarət 120 nəfər idmançı iştirak edib. Komandalar Alpaqut turan döyüş sənətinin Aypara, Batur, Caymaz sistemlərində mübarizə aparıblar. Komanda hesabı üzrə Aypara Sistmei üzrə Suraxanı 1 yer, Nərimanov 2 yer, Binəqədi 3 yer, Batur Sistemi üzrə, Sumqayıt 1, Alpturan 2 yer, Lokomotiv 3 yer, Caymaz Sistemi üzrə Qartal idman klubu 1 yer, Qazax 2 yer, Nərimanov 3 yer qazanıblar.
AAF prezidenti Aqil Acalov deyib: "İlk dəfə olaraq respublika çempionatını keçirtdik. Əslində bu bir ilk olduğu üçün bəlkədə biraz tələsdik. Ancaq ən önəmlisi o idi ki, biz Alpaqutun rəsmi olaraq respublika çempionatını keçirdik. Əslində hava ilə əlaqədar olaraq yarışı təxirədə salmaq istədik. Ancaq belə bir qərar aldıq ki, nə mane olursa olsun yarış baş tutmalıdır. Yarış biz gözlədiyimizdən də artıq, yüksək səviyyədə baş tutdu. Bütün komandalara və müəllimlərə, hakimlərə dərin təşəkkürümü bildirirəm".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB