Moskvada keçirilən ənənəvi "Moskva Open 2015" beynəlxalq şahmat festivalında altıncı turun oyunları yekunlaşıb. Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, "A" qrupunda mübarizə aparan Rauf Məmmədov altıncı turda yerli Ernesto İnarkiev ilə heç-heçə edib. R.Məmmədov 5 xalla 3-8-ci yerləri bölüşür.
Ülvi Sadıqov və Ülvi Bacarani 3, Niyazi Nağdıyev və Rasim Əliyev 2,5 xal, Rəvan Əliyev isə 2 xal toplayıb.
Qadınların mübarizəsində isə Səbinə İbrahimova Polina Şuvalova, Aydan Höcətova isə Yevgeniya Ovod üzərində qələbə qazanıblar. Şahmatçılarımız 5 xalla liderlər sırasındadırlar.
Tələbələrin turnirində mübarizə aparan Günay Məmmədzadə isə aktivinə 3 xal yazaraq altıncı pillədə qərarlaşıb.
Uşaqların yarışında isə Altay Eynullayev və Aydın Süleymanlı 3,5, Aslan Sadiqli və Məhəmməd Muradlı isə 3 xal toplayıblar.
Şahmat festivalı fevralın 8-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB