Kamran Ağayev "Qəbələ"nin məşqində niyə iştirak etmədi?

Kamran Ağayev "Qəbələ"nin məşqində niyə iştirak etmədi?

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirən "Qəbələ" klubu bu gün qonşu ölkədə ilk məşqinə çıxıb. SİA-nın məlumatına görə, Roman Qriqorçukun başçılığı altında təşkil olunan məşqə yeni transferlər - Rəşad Sadiqov və Aleksey Qayla yanaşı, uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Ruslan Əmircanov və Viktor Mendi də qatılıb. Qapıçı Kamran Ağayev xəstəlik səbəbindən məşqdə iştirak etməyib.
Bu gün bir məşq keçirən komanda toplu və topsuz çalışmalar yerinə yetirib. "Qəbələ" hazırlıq prosesini gündəlik iki məşqlə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə