Bu gün axşam Ukrayna paytaxtındakı "Olimpiyskiy" Milli İdman Kompleksində futbol üzrə Avropa Liqası turnirinin qrup mərhələsində Dnepropetrovskun "Dnepr" və Ağdamın "Qarabağ" komandaları arasında üçüncü turun oyunu keçiriləcək.
Bu gün gündüz isə bizim futbolçular Kiyevdəki Valeri Lobanovski adına "Dinamo" stadionunda komandamızın baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi ilə matçqabağı məşq keçirmişlər.
Kiyevdə termometrin civə sütunu cəmi +1 dərəcə göstərməsinə və güclü külək əsməsinə baxmayaraq, idmançılarımızın baş məşqi uğurlu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB