"Neftçi" PFK "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq ediblər. Məşqdə milli komandaların heyətinə cəlb olunan futbolçular iştirak etməyiblər. Yeri gəlmişkən, bu oyunçulardan biri, Syerra Leone millisinin üzvü Julius Vobay Kamerun ilə matçda (0:0) start heyətində meydana çıxıb. İtaliyadakı müalicəsini başa vuraraq geri qayıdan braziliyalı futbolçu Flavinyo isə fərdi məşq keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB