Berti Foqts: "Belə səhvlərdən dərs çıxarmalıyıq"

Berti Foqts: "Belə səhvlərdən dərs çıxarmalıyıq"

Avro-2016-nın seçmə mərhələsində keçirilmiş İtaliya - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib. SİA baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Antonio Konte (İtaliya millisinin baş məşqçisi): "Futbolçuları tənqid eləmək istəmirəm. Heç nədən də şikayətlənməyə haqqım yoxdur. Azərbaycan millisi qapımıza təhlükəli zərbələr endirməyi bacarmadı. Rəqib təsadüfi qola sevindi. Bir neçə qol vəziyyətindən yararlana bilmədik. Azərbaycan millisi Pelermoya müdafiədən oynamağa gəlmişdi. Onlar standart vəziyyətlərdən fərqlənmək istəyirdilər. Bu istəklərinə də çatdılar".

Berti Foqts (Azərbaycan millisinin baş məşqçisi): "Qazandığı çətin qələbəyə görə İtaliya millisini təbrik edirəm. Müdafiədə iki kobud səhvə yol verdik. Hava toplarındakı səhvlər qapımızdan 2 top buraxmağımıza səbəb oldu. Son 20 dəqiqədə futbolçularımızda hücuma meyilli oynamaq üçün güc qalmamışdı. Belə səhvlərdən dərs çıxarmalıyıq. Standard vəziyyətlərdə belə səhvlərə yol verməməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə