Avro-2016-nın seçmə mərhələsində Palermo şəhərindəki "Renzo Barbero" stadionunda İtaliya və Azərbaycan milli komandaları qarşılaşıb. SİA-nın məlumatına görə, 2:1 hesabı ilə İtaliya millisinin xeyrinə başa çatan qarşılaşmada hər üç qolu Corcio Kyellini vurub. O, 44-cü dəqiqədə hesabı açıb. 76-cı dəqiqədə isə millimizin yerinə yetirdiyi künc zərbəsindən sonra italiyalı müdafiəçi topu öz qapısından keçirib. Avtoqoldan 6 dəqiqə sonra bir dəfə də fərqlənən Kyellini komandasını hesabda önə çıxarıb və bununla da, oyunun yekun nəticəsini müəyyənləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB