Azərbaycanda ilk: Avro-2020-nin ¼ finalı Bakıda olacaq

Azərbaycanda ilk: Avro-2020-nin ¼ finalı Bakıda olacaq

İsveçrənin Cenevrə şəhərində futbol üzrə Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərin adları müəyyənləşir. SİA-nın xəbərinə görə, 2020-ci ildə keçiriləcək Avropa çempionatının 1/4 final mərhələsi Bakıda keçiriləcək. Bakı ilə yanaşı, Münhen, Roma, Sankt-Peterburq qrup mərhələsinin oyunlarından sonra ¼ final mərhələsinə ev sahibliyi edəcək. Bu şəhərlədən hər biri üç qrup və bir ¼ final oyununu qəbul edəcək.

Digər qrup oyunları və 1/16 final mərhələsinin matçları bu şəhərlərdə keçiriləcək: Brüssel(Belçika), Kopenhagen (Danimarka), Budapeşt (Macarıstan), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest(Rumınya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya)

Qeyd edək ki, Avro-2020-yə ev sahibliyi etmək üçün 19 iddiaçı şəhər mübarizə aparıdı, onlardan 13-ü bu hüququ əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə