“Bakı-2015” ilk Avropa Oyunlarına 300 gün qalır

“Bakı-2015” ilk Avropa Oyunlarına 300 gün qalır

"Bakı-2015" ilk Avropa Oyunlarının açılış mərasiminə 300 gün qalır. "Bakı-2015"dən bildiriblər ki, bununla əlaqədar Oyunların Əməliyyat Komitəsi (BEGOC) mötəbər idman tədbiri ilə bağlı əsas faktları və rəqəmləri təqdim edib.

Gələn il Azərbaycanda 6 mindən çox idmançı 239 medal uğrunda mübarizə aparacaq. Oyunlarla əlaqədar ölkəmizə komandaların üç mindən çox rəsmisi də təşrif buyuracaq. Hazırda BEGOC-da dünyanın beş qitəsindən 33 müxtəlif milləti təmsil edən 670 nəfər çalışır.

Gələn il iyunun 12-də keçiriləcək möhtəşəm açılış mərasimi ilə Avropanın həyatında mühüm hadisə olacaq 17 günlük idman bayramına start veriləcək.

"Bakı-2015" Avropa Oyunlarına 12 min könüllü cəlb olunacaq. Oyunlara Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli komitə dəvət edilib. Yarışlar idmanın 19 növü üzrə ümumilikdə 20 arenada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə