Məlum olduğu kimi, son günlər ordumuzun 10-dan çox əsgəri şəhid olub. SİA Rekord.az-a istinadən xəbər verir ki, qadınlardan ibarət voleybol millimizin üzvləri şəhid ailələrinə başsağlıqlarını çatdırıblar:
Valeriya Korotenko:
"Şəhid olmuş əsgərlərin ailələrinə başsağlığımı bildirirəm. Bu dəhşətli hadisə hamıya təsir etdi. Heç kim biganə qala bilməz. Azərbaycan bütöv bir ailədir. Həlak olanlarsa bizim qardaşlarımızdır. Allah rəhmət eləsin".
Polina Rəhimova:
"Allah rəhmət eləsin. Bütün şəhid ailələrinin dərdlərinə şərikəm. Həmçinin, Luqanskda yaşayan öz doğmalarıma görə də çox narahatam. Ədalət gec, ya tez öz yerini tapacaq və günahkarlar cəzalarını çəkəcəklər. Günahsızlar isə rahatlıq əldə edəcəklər. Oğullarını itirən ailələri təmamilə anlayıram".
Kseniya Kovalenko:
"Şəhid olmuş əsgərlərin ailələrinə öz adımdan başsağlığı verirəm. Gənclər vətənin şərəfini qoruyaraq ölürlər. Çox təssüf ki, bütün dünyanı müharibə idarə edir və dinc əhali əziyyət çəkir. Allah rəhmət eləsin".
Natəvan Qasımova:
"Həqiqətən artıq nə deyəcəyimi bilmirəm. İllərdir şəhidlərimizin acısı ilə yaşayırıq. Bu yetməmiş kimi, hələ də davam etməkdədir. Azərbaycan yenə yasdadır. Allah bizlərə, vətənimizə, bütün şəhid ailələrinə səbr, dözüm, güc versin. Yatdıqları torpaqlar cənnət olsun, İnşAllah!"
Ayşən Abduləzimova:
"Allah bütün şəhidlərimizə rəhmət eləsin və xalqımıza səbr versin. Bu müharibəni başlayanın da Allah bəlasını versin".
Oksana Kiselyova:
"Bu, ölkəmiz üçün çox böyük dərddir. Şəhidlərimizin ailələrinə başsağlığı verirəm. Allahın köməyi ilə belə bir hadisə bir də təkrarlanmasın. Allah rəhmət eləsin".
Şəfaqət Həbibova:
"İnşAllah tez bir zamanda torpaqlarımız geri alınar. Şəhidlərimizin qanı yerdə qalmaz. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrinə və xalqımıza Allah səbr versin. Məkanları cənnət, ruhları şad olsun".
Liza Səmədova:
"Gənc əsgərlər şəhid olurlar, doğmaları, yaxınları əzab çəkirlər. Şəhid ailələrinə başsağlığı verirəm. Bu, çox dəhşətlidir. Bütün dünyada sülh olmasını istəyirəm. Allah hər şeyi görür və lazımi adamları cəzalandıracaq".
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB