Cüdoçularımız vətənə 4 medal gətirdilər

Cüdoçularımız vətənə 4 medal gətirdilər

Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub. SİA-nın xəbərinə görə, yarışa 11 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.

Belə ki, həmyerlilərimizdən Davud Məmmədovla (60 kq) Hüseyn Rəhimli (73 kq) çempion adına layiq görülüblər. Yalnız finalda komanda yoldaşına uduzan Fəqan Quluzadə (73 kq) ikinci yeri tutub. Onlardan fərqli, Firudin Dadaşov (90 kq) bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yığmamız komanda hesabında (36 ölkə) 3-cü yeri tutub. Onlar Braziliya (5-2-4) və Ukraynadan (3-0-1) geri qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə