Bakının "İnter" futbol klubu doğma meydanında Avropa Liqasının II təsnifat mərhələsində "Elfsborq"a uduzaraq yarışdan kənarda qalıb. Oyunun əsas və əlavə edilmiş vaxtı 0-1 hesabı ilə bitdiyindən qapılara penalti zərbələri təyin edildi. Burda da qonaqların bəxti gətirdi və 4-3 hesabı ilə udaraq növbəti mərhələyə vəsiqə qazandı.
Bakının "İnter" futbol klubu öz meydanında uduzur: 0-1. Yeganə qolu oyunun 45-ci dəqiqəsində bakılıların qapısından Henning Hauger keçirib.
Qeyd edək ki, oyunun 3-cü dəqiqəsində "İnter" azlıqda qalıb. Laşa Salukvadze hakimin qırmızı vərəqini gördükdən sonra meydandan çıxıb.
Oyunun 3-cü dəqiqəsində "İnter" azlıqda qalıb. Laşa Salukvadze hakimin qırmızı vərəqini gördükdən sonra meydandan çıxıb. Xatırladaq ki, bu cütlüyün ilk oyununda "İnter" səfərdə 1-0 hesabı ilə qalib gəlmişdi. Bu günkü oyunu Bolqarıstandan olan hakimlər idarə edir. (Stanislav Todorov, İvo Kolev, Martin Venev, Nikolay Yordanov).
Qeyd edək ki, bu gün Bakının "Neftçi" klubu isə Bakıda 1:2 hesabı ilə uduzduğu "Koper"in qonağı olacaq.Bu gecə həmçinin "İnter"lə "Neftçi"nin III təsnifat mərhələsindəki potensial rəqibləri də meydana çıxacaq.
"İnter" növbəti mərhələyə keçəcəyi halda "Hafnarfyordur" (İslandiya) - "Neman" (Belarus), "Neftçi" isə "Çixura" (Gürcüstan) - "Bursaspor" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB