U-16 "Borussiya" ilə heç-heçə edib

U-16 "Borussiya" ilə heç-heçə edib

Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Borussiya" (Dortmund) klubunun nəzdindəki U-16 komandası ilə yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Pilağa Mehdiyev və Mustafa Erboğa fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə