Ağacan Əbiyev: “Gənclərin idmana axını Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi zamandan başlayıb”

Ağacan Əbiyev: “Gənclərin idmana axını Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi zamandan başlayıb”

"Ulu Öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi, idmana da çox böyük qayğı ilə yanaşıb. Bugünkü Azərbaycan idmanının dünyada tanınan yüksək səviyyəsi də məhz bu diqqət və qayğıdan qaynaqlanır". Bunu SİA-ya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili, professor Ağacan Əbiyev deyib.

Onun sözlərinə görə, idmanın müxtəlif növləri üzrə dünya, avropa, olimpiya lisenziyalı yarışların, eləcə də I Avropa Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi Ulu Öndər Heydər Əliyevin idmanın inkişafına göstərdiyi dəstəkdən irəli gəlir: "1994-cü ildə Ümummilli Lider Heydər Əliyev bütün idmançıları bir araya toplayaraq onların diqqətinə çatdırdı ki, bu gündən sonra idmana qayğını öz üzərinə götürür. Ulu Öndər vurğuladı ki, siz idmançılar bu diqqəti hər zaman hiss edəcəksiniz. Elə o gündən Ulu Öndər Heydər Əliyevin idmana göstərdiyi qayğı və diqqəti hər zaman hiss etmişik. İdman növlərinin artması, gənclərin idmana axını Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zamandan başlayıb. Bu gün Prezident İlham Əliyev həm ölkə başçısı, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanımıza böyük diqqət göstərir".

A.Əbiyev deyib ki, hərdən ölkəmizə gələn əcnəbi idmançılar Azərbaycanlı idmançılara göstərilən diqqətə həsədlə yanaşırlar: "Bütün bunlara görə Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Təsadüfi deyil ki, 204 ölkə içində Azərbaycan idmançıları 30-cu yerdədirlər. Yaşlı bir idmançı kimi deyirəm ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə idmançılarımıza dəstəyini hiss etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə